Parlamentin noyabrın 2-də keçiriləcək iclasının gündəliyi məlum olub
İclasın gündəliyinə 16 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında;
2. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)
4. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
5. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
6. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
7. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinə hakimləri vəzifəsinə təyin edilməsi
8. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Azərbaycan Ali Məhkəməsinə hakimin təyin edilməsi9. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
10. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Appellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
11. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Gəncə Appellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
12. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Sumqayıt Appellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
13. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Şirvan Appellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
14. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Şəki Appellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi barədə
15. “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında (ikinci səsvermə)
16. “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında (ikinci səsvermə).(oxu.az)
MilliYol.az