İsrailə aid geyim şirkətinin yeni reklam çarxı internet istifadəçilərinin və xüsusilə müsəlmanların qəzəbinə səbəb olub
“Daily Mail” nəşrinin yazdığına görə, “Hoodes” şirkətinin sifarişilə çəkilən videoçarxda israilli model Bar Rafaelinin hərəkətləri çoxları tərəfindən islama qarşı həqarət kimi qarşılanıb.
Xanım modelin sözügedən reklamda başındakı niqabı “Başlıcası azadlıqdır” sözlərilə çıxarıb atması və xüsusən də bundan sonrakı hərkətləri irqi və dini ayrıseçkilik, eləcə də islam dəyərlərinin aşağılanması kimi qiymətləndirilib. Reklamda xüsusilə iranlı qadınlara eyham vurulduğu bildirilir.
Qısa müddətdə milyonlarla insanın izlədiyi videoçarxla bağlı danışan sözügedən şirkətin təmsilçisi isə onların ideyasının düz başa düşülmədiyini və məqsədlərinin insan azadlıqları və hüquq bərabərliyinin təbliği olduğunu iddia edib.(azpolitika.info)
MilliYol.Az