Bu barədə də “Asia one” nəşri məlumat yayıb
Mənbənin yazdığına görə, restorana yeməyə gələn müştərilər xörəkdən ət parçaları aşkarlayıblar. Eyni hal bir neçə dəfə aşklarlanandan sonra polisə müraciət olunub. Polis restoranda axtarış aparıb və araşdırma nəticəsində həmin qalıqların insane məxsus olduğu ortaya çıxıb.
Məlum olub ki, restoran sahibi müştərisi 61 yaşlı Prasit İnpathonomu öldürüb. Onu sonuncu dəfə oktyabrın 21-də restoranda görüblər. Bu zaman restoran sahibi ilə aralarında mübahisə olub və qəzəblənən restoran sahibi onu bıçaqlayaraq qətlə yetirib.
Sonra isə cəsəddən qurtulmaq üçün onu bişirərək gələn müştərilərinə yedirtib. Sümüklərini isə restoranın arxasındakı xəndəyə tullayıb.
Restoran sahibinin şübhəli bilindiyi cinayət əməlindən sonra qaçdığı söylənilir. Onun kiçik hissələrə ayırdığı cəsəddən neçə müştəriyə yedirtdiyi məlum deyil.
MilliYol.Az