Dünən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Asif Əzizağa oğlu Ağayev kollektivə təqdim olunub
Asif Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin kollektivi, idarə rəhbərləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
AzFakt.com-a daxil olan məlumata görə, yeni icra başçısını rayon ictimaiyyətinə təqdim edən prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bir müddət əvvəl dövlət başçısının sərəncamına əsasən vəzifədən alınan Vaqif Abdullayevin işdən çıxarılmasının səbəbini də açıqlayıb. Zeynal Nağdəliyev bildirib ki, "Vaqif Abdullayev vətəndaşlarla, məmurlarla kobud rəftar edərək özünü dövlət məmuru kimi apara bilməyib". Buna görə də Vaqif Abdullayevin utancverici hərəkətləri ilə bağlı ölkə rəhbəri, prezident İlham Əliyevə məruzə edilkdikdən sonra dövlət başçısı onun işinə son veməyə qərar verib.
MilliYol.Az