Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibi təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
MilliYol.Az Strateq.az-a istinadən xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.
Bununla da Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti aşağıdakı yeni tərkibdə təsdiq edilib.
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri
Əliyev İlham Heydər oğlu – Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini
Mehdiyev Ramiz Ənvər oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri
Quliyev İbrahim Said oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
Həbibbəyli İsa Əkbər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Rzayev Anar Rəsul oğlu – Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru
Əlizadə Akif Ağamehdi oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi
Nağıyev Tofiq Murtuza oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri
Abiyev Ağacan Qulam oğlu – texnika elmləri namizədi, professor
Bilalov Bilal Telman oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri
Budaqov Tahir Yaqub oğlu – Dövlət Statistika Komitəsinin sədri
Bünyadov Teymur Əmiraslan oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Cəlilov Namiq Sərdar oğlu – AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru
Eldarov Ömər Həsən oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ələkbərov Urxan Kazım oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Əliquliyev Rasim Məmməd oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Əliyev Kamran İmran oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri
Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru
Əliyeva Fərəh Şirməmməd qızı – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Əlizadə Firəngiz Əliağa qızı – AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti
Fərzəliyev Vaqif Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
Hacıyev İsmayıl Muxtar oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri
Hüseynova İradə Məmməd qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru
Xəlilov Fərhad Qurban oğlu – Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı
İsmayılov Amin İsmayıl oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri
İsmayıl-zadə Arif Cəfər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Kərimov Kərim Məmmədxan oğlu – AMEA-nın müxbir üzvü
Kərimov Teymur Həşim oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Qədirov Fəxrəddin Əbülfət oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Qəribov Adil Əbdülxalıq oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri
Mahmudov Yaqub Mikayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru
Məhərrəmov Abel Məmmədəli oğlu – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Məlikov Arif Cahangir oğlu – AMEA-nın həqiqi üzvü, xalq artisti
Məmmədəliyev Vasim Məmmədəli oğlu AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məmmədov Qərib Şamil oğlu – AMEA-nın həqiqi üzvü
Məmmədov Nazim Timur oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru
Məmmədova Fəridə Cəfər qızı – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri
Muradov Şahbaz Musa oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri
Mustafayev Şahin Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
Paşayev Arif Mir Cəlal oğlu – AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru
Rəsulov Əsgər Adil oğlu – Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor
Rüstəmov Musa İsmayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri
Salahov Tahir Teymur oğlu – Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı
Səmədzadə Ziyad Əliabbas oğlu – AMEA-nın həqiqi üzvü
Vəlixanlı Nailə Məmmədəli qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru
Yusifzadə Xoşbəxt Bağı oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
MilliYol.Az