M.Quliyev deyib ki, komissiya üzvləri daha ciddi şəkildə işləməlidirlər
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.
“Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələblərim var. Əsas narazılığım odur ki, komissiya üzvlərinin bir-biri ilə əlaqələri zəifdir. Biz başa düşməliyik ki, burada insan taleyindən söhbət gedir”.
Komissiya sədri qeyd edib ki, Ermənistan beynəlxalq oyunçular tərəfindən istifadə edilir, Azərbaycan isə Ermənistanın törətdiyi əməlləri dünya ictimaiyyətinə çatdırır: “Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ermənilərin kim olduğu üzə çıxır. Əminəm ki, ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad ediləcək”.
MilliYol.Az