“Uşaqların internet təhlükəsizliyinin təmini sahəsində məktəblərdə maarifləndirmə tədbirlərinin artırılması vacibdir”
Bunu Daxili İşlər Nazirliyinin Baş idarənin şöbə rəisi Adıgözəl Adıgözəlov “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmirlər: “Onlar internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər”.
A.Adıgözəlov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəblərdə filterlənmiş internetdən istifadə edilir: “Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminində atılacaq addımlardan biri də uşaqlara bu mövzunun düzgün çatdırılmasıdır”.
Şöbə rəisi əlavə edib ki, Azərbaycanda uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılıb/Trend.
MilliYol.Az