ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədə 15 min əsgər göndərəcək
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məqsəd Latın Amerikası ölkələrindən qaçqın axınının qarşısını almaqdır.
Tramp bəyan edib ki, Cənubi Amerika ölkələrindən gələn köçkünlərin Birləşmiş Ştatları daxil olmasına imkan verməyəcək: “Sərhəd-nəzarət və gömrük əməkdaşları ilə birlikdə sərhəddə 10-15 min əsgərimiz olacaq. Kimsə ABŞ sərhədlərinə keçməyəcək. Köçkünlərin sərhədimizə daxil olmasına imkan verməyəcəyik”.
Prezident əlavə edib ki, qaçqınların öz ölkələrindən keçməsinə imkan verən Latın Amerikası ölkələrinə sanksiyalar tətbiq etməyi düşünür.
Xatırladaq ki, Pentaqon Latın Amerikasından Birləşmiş Ştatlara köçmək məqsədilə yola çıxan qaçqınların qarşısını kəsmək üçün Meksika sərhədinə 5200 əsgər göndərəcəyini elan etmişdi.
MilliYol.Az