"Azərbaycan Mərkəzi Bankı 2018-ci il üçün inflyasiya gözləntilərini 6-8 faizdən 2-3 faizədək azaldıb"
Bu sözləri ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvləri ilə görüşdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, ötən il ölkədə ikirəqəmli inflyasiya olub:
"Bu gün isə demək olar ki, orta illik inflyasiya 2,8 faiz səviyyəsindədir. Bu il üçün bizim hədəf intervalımız 6-8 faiz olub. Amma bu proqnoza düzəliş edilib və ilin sonuna Mərkəzi Bankın gözləntiləri 2-3 faiz təşkil edir".
E.Rüstəmov qeyd edib ki, Mərkəzin Bankın yeganə hədəfi qiymət sabitliyidir. Onun sözlərinə görə, qiymət sabitliyi ev təsərrüfatı və biznes üçün çox vacibdir.
Mərkəzi Bank rəhbəri əlavə edib ki, qeyri-neft sektoru da fəallşıb və xari əməliyyatlar hesabının profisitini təmin etməyə imkan yaradır. (cebhe.info)
MilliYol.az