2019-cu ilin dövlət büdcəsi zərfində təqaüdlər və sosial müavinətlər istiqaməti üzrə 171200 min manat vəsait ünvanlı dövlət sosial yardımların (ÜSY) ödənişi üçün proqnozlaşdırılıb
Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Sənəddə göstərilib ki, bu vəsait 2017-ci ilin icrasından 43517 manat və ya 20,3 faiz, 2018-ci ilin təsdiq edilmiş proqnozundan isə 35000 min manat və ya 17 faiz azdır.
Eyni zamanda, “Büdcə zərfi”nə daxil edilmiş məlumatlara əsasən, növbəti ildə ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün ehtiyac meyarının 10 faiz artırılaraq 143 manat məbləğində təsdiq olunması nəzərdə tutulur.
MilliYol.Az