Liviyanın öldürülən lideri Müəmmər Qəzzafi hökumətinə aid Belçikadakı banklarda olan milyardlarla avronun itdiyi ortaya çıxdı
Avropa.info xəbər verir ki, Belçika parlamentinin deputatı Jorj Gilginetin gündəmə gətirdiyi “Belçikada Qəzzafiyə məxsus hesablardan itən 5 milyard avronun mənimsənilməsi” iddiası BMT tərəfindən araşdırır.
Gilginet, Belçika dövlət kanalı RTBF-yə verdiyi müsahibədə Belçikanın Liviyadan gələn pulların dondurulması haqda BMT qətnamələrinə riayət etmədiyini deyib.
“Mən Belçika dövlət orqanlarından məsələ ilə bağlı məhdud məlumat aldım. Lakin böyük bir qalmaqala yol açacaq bu məsələnin bir an əvvəl aydınlaşdırılması lazımdır. Hesablardakı milyonlarla avro Liviyada adları bizə məlum olmayan adamlara verilib” – Jorj Gilginet belə deyib.
RTPF telekanalı həmçinin, adının çəkilməməsini istəyən bir mənbəyə istinadən yaydığı xəbərində, yoxa çıxan pulların Liviyada davam edən vətəndaş müharibəsini maliyyələşdirmək üçün istifadə edildiyini bildirib.
Bu arada BMT yaydığı hesabatında, telekanalın iddialarını təsdiqləyib. Hesabata görə, Qəzzafinin yoxa çıxan pulları bölgədə xaos yaradan silahlı qruplara göndərilib.
Qəddafinin 2011-ci ildə öldürülməsinin ardından BMT Belçikadakı hesabları dondurma haqda qərar vermişdi. Lakin daha sonra bu hesablardakı səhmlər və faiz gəlirlərinə mane olunmadığı ortaya çıxmışdı.
MilliYol.Az