Arxangelskdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti idarəsinin binası yaxınlığında partlayış baş verib
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin Arxangelsk vilayət idarəsinin binasına girişdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"İnterfaks" bildirir ki, bu barədə jurnalistlərə Arxangelsk vilayətinin qubernatoru İqor Orlov məlumat verib.
"Hələlik naməlum olan partlayıcı qurğu işə düşüb. Üç yaralı xəstəxanadadır. Bir nəfər ölüb, onun şəxsiyyəti müəyyənləşdirilir. Cinayət binanın içərisində baş verib", - qubernator vurğulayıb.
O hazırda hadisəyə qiymət verməyin erkən olduğunu bildirib: "İnsanların sıx toplaşdıqları yerlərdə təhlükəsizlik tədbirləri görülüb. Hazırda partlayıcı qurğunun növü müəyyənləşdirilir".
***
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb.
Ölən şəxsin idarədə işləmədiyi, amma hadisə vaxtı binanın mərkəzi girişində olduğu bildirilir.
İdarənin bütün əməkdaşları təxliyə olunublar.
Partlayışın səbəbi müəyyənləşdirilir.
MilliYol.Az