Danimarka İran xüsusi xidmət orqanlarının bu ölkədəki fəaliyyəti ilə bağlı Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Virtualaz.org yeli KİV-ə istinadən bildirir ki, bunu keçirdiyi mətbuat konfransında Danimarkanın xarici işlər naziri Anders Samuelsen deyib.
Nazir bildirib ki, Danimarka həm də Avropa İttifaqında İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olmağa çalışacaq.
Onun sözlərinə görə, bu, İran xüsusi xidmət orqanlarının ölkədə ehtimal edilən hücumu ilə bağlıdır.
KİV-in yazdığına görə, İran əsilli Norveç vətəndaşı oktyabrın 21-də İsveçin Höteborq şəhərində həbs edilib. O, qətl hadisəsinin təşkil edilməsində ittiham olunur.
İddialara görə, həmin şəxs İranın Huzistan vilayətində müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən ərəb hərəkatının Danimarka bölməsinin liderini öldürməli idi...
Xatırladaq ki, bir müddət öncə Anders Samuelsen İranın Kopenhagendəki səfiri Mortez Moradianı İran kəşfiyyatının krallığın ərazisində qanunsuz fəaliyyəti haqda izahat verməsi üçün XİN-ə çağırmışdı. Amma Tehran öz tərəfindən qruplaşmanın liderinə hücum hazırlığında Kopenhagenin ittihamlarını təkzib etmişdi.
MilliYol.Az