Tədbirdə Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov da iştirak etmişdir
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, Daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinə səfərə getmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən "Millipol Qətər-2018" daxili təhlükəsizlik sərgisi ilə tanış olmuşdur.
Səfər çərçivəsində fövqəladə hallar nazirinin müavini E. Mirzəyev Qətər Dövləti Baş İctimai Təhlükəsizliyin direktoru Saad bin Al Xulafi və Mülki Müdafiənin baş direktoru Abdullah Mohammad Al Suvadi ilə görüşlər keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, 29 oktyabrda açılan sərgi bu ayın 31-i başa çatacaqdır.
MilliYol.Az