Milli Məclisin iclasında çıxış edən deputat Musa Quliyev deputat həmkarı Çingiz Qənizadənin Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı səsləndirdiyi fikirləri dəstəklədi
Ancaq eyni zamanda o, deputat Qüdrət Həsənquliyevin çox dəyərli təklif irəli sürdüyünü də bildirdi. “Vaxtilə bu barədə Siyavuş Novruzov da təklif vermişdi. Hesab edirəm ki, Qüdrət müəllimin təklifi nəzərə alınmalıdır. Dövlət büdcəsindən maliyyələşən qurumlara pulu da dövlət verməlidir. Vətəndaş, dövlət qulluqçusu maaşını dövlətdən almalıdır. Deyirlər ki, əlavə imkanlar yaratmaqla onların əməyini stimullaşdırırıq. Nəyi stimullaşdırmalıyıq? Bu adamın vəzifə borcudur ki, getsin rüsum toplasın”.
M.Quliyev ayrıseçkiliyə son qoymaq üçün təklif verdi: “Mən təklif edirəm ki, Ziyad müəllimin rəhbərlik etdiyi komitədə amma vahid tarif cədvəli və əməkhaqqının ödənilməsi ilə bağlı qanun layihəsi hazırlansın və biz onu qəbul edək.
MilliYol.Az