“Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qura bilməsə, öz müstəqilliyini sual altında qoyacaq”
“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu İstanbulda Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat kofransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
E.Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən gün regiona səfərə gəldiklərini xatırladıb: “Onlar dünən Yerevanda görüşlər keçiriblər, noyabrın 1-də Bakıya gəlib burada da görüşlər keçirəcəklər. Daha əvvəl ermənistanlı həmkarımla Minsk qrupu həmsədrlərinin iştirakı ilə ilin sonunadək görüşmək barədə razılığa gəlmişik. Hansısa beynəlxalq tədbir çərçivəsində keçiriləcək bu görüşün səmərəli olmasına ümidvaram. Yəqin ki, həmsədrlərin özləri regiona səfərlərinə yekun vuraraq bu barədə bəyanat verərlər”.
MilliYol.Az