“Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğrusuz hadisələrin məsuliyyətini mən daşıyıram"
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının rəhbərliyi ilə görüşdə deyib.
O bildirib ki, başçılıq etdiyi hökumət artıq etibarını itirib.
“Bavariya və Hessedə keçirilən seçkilər və hökumətin qurulması ilə bağlı anlaşılmazlıqlardan sonra əvvəlki kimi fəaliyyət göstərməyəcəyik”, – deyə Angela Merkel vurğulayıb.
Qeyd edək ki, o, partiyasının dekabrda keçiriləcək qurultayın sədr postuna namizəd olmayacağını bildirib. Bu həm də onun 2021-ci ildə kansler postuuna namizəd olmayacağı deməkdir. Partiya sədrliyinə namizədin parlamentdəki Mühafizəkar Fraksiyanın başçısı Fredrix Merzin olacağı ehtimal edilir.
MilliYol.Az