Ukrayna və Gürcüstanın NATO-ya daxil olması Rusiyanı müdafiəyə məcbur edəcək
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ümum-Avropa əməkdaşlıq departamentinin direktoru Andrey Kelin “Valday” klubunda çıxışı zamanı bildirib.
“Bu bizim üçün böyük hərbi və iqtisadi problemə çevriləcək. Biz 3-cü paytaxtımız sayılan Soçi yaxınlığında əlavə müdafiə kəməri qurmalı olacağıq”,-Kelin qeyd edib.
XİN nümayəndəsinin fikrincə, Moskva ehtimal olan düşmənin fəaliyyətinin qarşısını almaqdan ötrü külli miqdarda resurs xərcləməlidir. Belə bir ssenaridə Rusiya Ukrayna ilə sərhədlərdə əlavə eşelonlar quraşdırmağa məcbur qalacaq”.
Bununla bərabər Kelin Ukrayna və Gürcüstanın yaxın zamanlarda NATO-yə üzv olmaq perspektivinə şübhə ilə yanaşdıqlarını söyləyib. “Lakin əgər münasibətlər daha da dərinləşsə və Qərb konfrontasiyanı daha da irəlilətsə, buna ciddi hazırlaşmaq lazım gələcək”, - rusiyalı diplomat qeyd eidb.
Xatırladaq ki, bu ilin sentyabrında Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkəsinin NATO-ya üzvlüyünün Rusiya üçün də faydalı olacağını söyləyib. Gürcü baş nazirin fikrincə, bu addım Qafqazda sabitliyin bərqərar olmasına gətirib çıxaracaq.
NATO baş katibi Yens Stoltenberq isə bu ilin iyulun 12-də Gürcüstanın təşkilata daxil olacağını bildirib.
Həmin ilin iyununda rəsmi Kiyev NATO-ya üzvlüyün xarici siyasi prioritet olduğunu bəyan edib.
MilliYol.Az