Quba rayonunda kafelərdən birində bıçaqlanma olub
Kafenin kababçısı Bəhram Cəfərov müştərisi, Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnin kababçı müştərini bıçaqlayıb.
Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hər kəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb.
Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Report)
MilliYol.Az