Almaniya Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
Rusiya mıətbuatı yazır ki, o, bunu oktyabrın 29-da partiyasının rəhbərliyi ilə görüşdə deyib.
Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir. Parlament seçkilərindən sonra Hessedə yerli seçkilərdə məğlub olub.
Angela Merkel 1954-cü il iyulun 17-də Hamburq şəhərində doğulub. 2005-ci il noyabrın 22-dən Almaniyanın Kansleridir. 2000-ci il aprelin 10-dan isə Xristian Demokrat İttifaqına sədrlik edir.
Angela Merkelin partiya sədrliyinə namizədliyini irəli sürməməsi həm də onun növbəti parlament seçkilərində iştirak etməməsi deməkdir.
MilliYol.Az