Azərbaycanda plastik və rekonstruktiv cərrahiyyə sahəsinin inkişafı beynəlxalq dodaq və damaq yarığı konfransında müzakirə edilib
Tədbir Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi və Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindən məlumat veriblər.
Dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları orta hesabla 1000 doğuşdan bir, damaq yarıqları isə 2500 doğuşdan bir qeydə alınır. Nazirlikdən əlavə ediblər ki, bu patologoyaları aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sırasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılıb və bu istiqamətdə ciddi elmi araşdırmalar aparılır. Tədbirdə bu sahədə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin son nailiyyətləri müzakirə edilib.
MilliYol.Az