ARB TV-nin “Pəncərə” verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev olub
Axşam.az-ın məlumatına görə, müğənni əməkdar artist Cavanşir Məmmədovun “Yaxşı kişi maşınının qiymətini deməz, əsas odur ki, insan qiymətli olsun” sözlərinə münasibət bildirib.
Dediyi sözləri alqışladığını bildirən F.Ağayev C.Məmmədovun sözünü elə özünə qaytarıb:
“Sən çox yaxşı deyirsən, amma düz demirsən. Səbəbini də izah edirəm. Biz bilirik ki, Cavanşir Məmmədov zaman-zaman maşınları ilə gündəmə gəlib. Allah başından töksün, daim ruzisini bol etsin.
Bilmirəm, hansı hadisə zamanı bunu deyib, amma yenə də bu sözləri maşını, geyimi ilə gündəmə gəlməyən insan söyləsəydi, bu daha məqsədəuyğun olardı”.
MilliYol.Az
Digər xəbərlər
loading...