Bakıda saxta dollar kəsən çinlilər hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Hökm oxunub.
Hər üç şəxsə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bildirək ki, elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiklərini, onlardan qanunsuz olaraq ifadə alındığını söyləyiblər.
İttihama görə onlar Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyərkən tutulublar.
Məlumata görə, onlar saxta 18900 ABŞ dolları olan əskinasları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
MilliYol.Az