Almaniyanın aparıcı banklarından olan Deutsche Bank-ın maliyyə direktoru Markus Şenk bankın işçilərinə bildirib ki, ixtisar olunmuş ştatların sayını iki dəfəyədək artırmağı planlaşdırırlar.
MilliYol.Az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Şenkin sözügedən bəyanatı verdiyi iclasda iştirak edən bank işçilərindən biri açıqlayıb. "Maliyyə direktoru bəyan etdi ki, bankın xərclərini azaltmaq üçün daha 10 min işçisinin ixtisar edilməsi lazım gəlir." - deyə bankın əməkdaşı bildirib. Qeyd edək ki, bu ilin iyul ayında Deutsche Bank-ın rüblük mənfəəti 98%, yəni 20 milyon Avroya qədər aşağı düşüb. Mənfəətin aşağı düşməsi səbəbindən bank antiböhran şəraitində yenidən strukturlaşma planını işə salmalı olub. Bank, o cümlədən problemli və məhkəmə çəkişməsinin obyekti olan səhmlərinin bir hissəsinin satışını elan etmək məcburiyyətində qalıb. Bank hazırda çoxmilyardlı cərimələrin yükü altında əziyyət çəkir. Deutsche Bank-ın bazar kapitallaşması ilin əvvəlindən etibarən 40% ixtisar edilib. 2015-ci ilin oktyabrında Deutsche Bank 9 min əməkdaşının işdən çıxarmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...