Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 98,89 faizi hesablanıb
Virtualaz.org-un Tbilisidə olan müxbiri bildirir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, müstəqil namizəd Salome Zurabişvili 38,61% səs toplayıb.
Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.
Digər namizədlərin səs faizi isə çox aşağıdır.
Bu o deməkdir ki, heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamayıb.
MilliYol.Az