Gürcüstandakı prezident seçkilərində indiyədək 1 milyondan artıq seçici səs verib
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, saat 15:00-da seçici fəallığı 30,98 faiz təşkil edib.
* * *
Gürcüstanın Mərkzi Seçki Komissiyasının məlumatına görə, saat 12:00-da seçicilərin ölkə üzrə səsvermədə iştirakı 15,95 faiz təşkil edib.
MSK-nın məlumatında bildirilir ki, seçicilərin ən yüksək aktivlik səviyyəsi 27,4 faizlə Ambrolauri dairəsində qeydə alınıb.
Rəsmi məlumata görə, ən az seçici fəallığı Kazbeqidə olub. Burada seçicilərin cəmi 12 faizi məntəqələrə gəliblər.
Bu gün Gürcüstanda prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir.
* * *
Gürcüstanda saat 08:00-da prezident seçkilərində səsvermə üçün səsvermə məntəqələri açılıb.
Bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olacaq. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.
Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.
Qeyd edək ki, Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.
MİlliYol.az