Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MilliYol.Az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Məlumata əsasən, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın17-də yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-1dərəcə isti, gündüz 10-14 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...