İranda baş verən güclü sel və tufan 9 vilayətdə ciddi fəsadlar yaradıb
Trend-in məlumatına görə, İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib ki, ötən 2 sutka ərzində sel və tufan Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Lorestan, Kirmanşah, Xuzistan, Şimali Xorasan, Çahar Mahal və Bəxtiyari, İlam və Ərdəbilə ciddi şəkildə ziyan vurub.
Onun sözlərinə görə, hazırda zərərçəkənlərin xilas edilməsi və onlara yardım göstərilməsi davam edir: "4 nəfər müalicə mərkəzlərinə yerləşdirilib, 20 yaşayış massivi sudan təmizlənib. 2 avtomobil sudan çıxarılıb, zərərçəkənlərə adyal və yeməklər paylanıb. Yardımlar davam etdirilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...