Mayın 11-də Bakı şəhər sakini Rəhim Kərimovun idarə etdiyi 90-AA-669 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə törətdiyi qəza nəticəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Rüfət Allahverdiyev dünyasını dəyişib.
R.Allahverdiyevin bibisi oğlu Pərviz Babazadə ölkə.az-a açıqlamasında qəzanın necə baş verməsini danışıb və sürücü Rəhim Kərimov barəsində məlumat verib:
“Mediada mərhum Rüfət Allahverdiyevin atası Elbəy Allahverdiyevin Tərtər Hərbi Məhkəməsinin hakimi olduğu göstərilsə də, Rəhim Kərimovun kim olduğu barədə heç nə yazılmayıb. Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub. Hazırki iş yerini bilmirəm.
Amma Rəhim Kərimovun idarə etdiyi maşın "Real" MMC qeydiyyatındadır. Maşın yüksək sürətlə hərəkət edib, əyləc izləri isə yoxdur. İşıq dirəyini aşırıb, yol nişanını sıradan çıxarıb, uşağı vurub və binaya çırpılıb. Camaat da binanın silkələnməsinə görə bayıra çıxıb. Uşağı yaşadığı binaya sıxıb, maşından düşüb və qaçıb. Yəni maşını arxaya da çəkməyib. Rüfəti maşınla divarın arasından camaat çıxardıb”.
Qeyd edək ki, Rüfət Allahverdiyev 1 sutka komada qaldıqdan sonra, mayın 12-də axşam saatlarında yerləşdirildiyi xəstəxanada vəfat edib.
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...