Rusiyanın Penza şəhərinin Oktyabrski rayonunda yerləşən bazada ik azərbaycanlı arasında bıçaqlanma ilə nəticələnən dava baş verib
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Penza vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumat İdarənin 2 saylı Polis şöbəsinə daxil olduqdan sonra müəyyən edilib ki, münaqişə borc üstündə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib və hazırda adı məlum olmayan 29 yaşlı kişi 27 yaşlı qarşı tərəfin atasını təhqir edib. Atasının təhqir olunmasını həzm edə bilməyən şəxs digərini bıçaqlayıb.
"Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib. Cinayət işi qaldırılıb. Bu maddənin sanksiyası 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Penzada 3 azərbaycanlı qardaş müxtəlif həbs cəzalarına məhkum edilib. (report.az)
MilliYol.az