Yanvar-sentyabr ayları ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 231 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb
Ümumilikdə, ötən müddətdə Dövlət Miqrasiya Xidmətinə 8282 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən 9 ayda olduğu yer üzrə qeydiyyatla bağlı 7447 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 3008-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilib. (azvision.az)
MilliYol.az
Digər xəbərlər
loading...