“Abşeron yarımadasında növbəti dəfə dünən cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan 3 dəfəyədək çox olması qeydə alınıb"
Virtualaz.org bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva
Nazirlikdə keçirilən mətbuat konfransında deyib.
Şöbə müdiri bildirib ki, nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut edib ki, belə vəziyyəin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır: "Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yolverilməzdir.
Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar.
Bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır.
Ətraf mühitə antropogen təsiri azaltmaq öz əlimizdədir, çünki bu diyarda sahibkarla bərabər hamımız yaşayırıq və atmosferdə olan toz onunla birgə hamıya təsir edir.
ETSN-in təmiz bir mühitdə yaşamaq naminə həyata keçirdiyi tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal olmağa çağırırıq".
MilliYol.Az