ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı “Qraparak” qəzeti yayıb.
“Doğrudur, Bolton Təhlükəsizlik Şurasını ziyarət etdi, lakin onun katibi ilə təkbətək görüş baş tutmadı. Görüş zamanı bir tərəfdə Con Bolton, digər tərəfdə isə xarici işlər naziri, müdafiə naziri və TŞ-nın katibi olub. Günün sonunda Qriqoryan onu şam yeməyinə dəvət etməyə cəhd etdi, amma əvəzində rədd cavabı aldı. Yerevanda keçirdiyi mətbuat konfransından sonra ABŞ prezidentinin müşaviri ölkəni tərk etdi”, – deyə qəzet bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...