Dünyaca məşhur İrlandiyalı müğənni Sinead O'KONNOR, müsəlman olduğunu və adını “Süheda” olaraq dəyişdiyini bildirib
1990-cı illərdə dünya musiqi bazarına Nothing Compares adlı mahnısı ilə damğasını vuran Sinead O'KONNOR, "Müsəlman olmaqdan qürur duyduğumu söyləmək istəyirəm" deyib.
Səbəbini möhtəşəm açıqlayıb
İslamı qəbul etməsi ilə bağlı möhtəşəm mesajlar verən O'KONNOR, "Bu şüurlu teoloji səfərin təbii bir nəticəsidir. Bütün müqəddəs mətnlər, digər müqəddəs mətnləri lazımsız qılan İslama aparır" deyə bildirib.Yeni adı "Şüheda”
Yeni adını “Şüheda” olaraq bəyan edən O'KONNOR, Twitter-dəki davamçıları ilə azan oxuduğu bir videonu da yayımlayıb.
Sinead O'KONNOR kimdir?
ABŞ-ın İndiana ştatında dünyaya gələn Sinead O'KONNOR, ana və atasının ayrılığından sonra anası ilə yaşamağa başlayıb. 1983-də atasının dəstəyi ilə girdiyi Newtown adlı məktəbdə musiqiyə üstünlük verərək bir sınaq albomu çıxarıb.
Sonra bir musiqi jurnalı vasitəsi ilə tanış olduğu Columb Farreyin yönəltməsi ilə Ton Ton Macoute adını verdiyi öz musiqi qrupunu yaradıb və qrupla səhnəyə çıxmağa başlayıb.
Con Reynolds ilə evlənən O”CONNER, Bob Dylandan Bona qədər, Fachtna OCEALLAİGH və Marko Pironi kimi sənətkarlarla birlikdə çalışıb.
MilliYol.Az