"Yasxanalara çevrilmiş şadlıq evlərində ehsan verilərkən ifrata varmaq olmaz". Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat Modern.az-a açıqlamasında restoran və şadlıq evlərini yasxana kimi işlətməkdə heç bir problem olmadığını qeyd edib: “Şadlıq evlərinin yas mərasimləri üçün istifadə edilməsi normaldır. Çünki kimsə obyektini şadlıq evi kimi işlədə bilimirsə, onu yasxana kimi çalışdıra bilər. Restoranların, şadlıq evlərinin işləri bir biznes sektorudur. Onlar da fəaliyyətlərinə görə vergi ödəyirlər. Təbii ki, işçiləri üçün də pensiya fonduna pul verirlər. Ancaq istənilən halda yasxana kimi işlədilən şadlıq saraylarında əhali yeməklərin verilməsində ifrata varmasa, daha yaxşı olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...