“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub
Minval.info xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov qəbul edib.
Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
Həmin siyahıda aşağıdakı qurumlar yer alıb:
1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.
2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.
3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.
4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.
5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.
6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.
7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.
8. Tikintidə Qiymətqoyma Mərkəzi.
9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.
11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.
MilliYol.Az