Azərbaycan rusiyalıların istirahət üçün ən çox maraq göstərdikləri ölkədir və buraya Rusiyadan turist axınında artım var
Bunu jurnalistlərə Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets deyib.
O bildirib ki, ötən il Azərbaycandan Rusiyaya 900 min, Rusiyadan isə Azərbaycana 750 min turist gəlib.
Bu rəqəmlərin artmaqda olduğunu vurğulayan Rusiya rəsmisinin sözlərinə görə, indi onlar daha çox Xəzər regionunda dəniz və çay turizmin inkişafında maraqlıdırlar.
"Hazırda Rusiyanın iki müəssisəsində məhz Xəzərdə turizmin inkişafı üçün nəzərdə tutulmuş "çay - dəniz" sinfinə məxsus iki böyük gəmi inşa olunur. Burada nəhəng potensial görürük, tələbatın olacağına əminik", - baş nazirin müavini diqqətə çatdırıb.(report)
MilliYol.Az