"Azərbaycan hökumət tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində silsilə təbirlər həyata keçirilir"
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zaman deyib.
Nazir qeyd edib ki, Azərbaycanda məşğulluqla bağlı qanunvericilik sahəsində mühüm addımlar atılıb, əməyin mühafizəsi istiqamətində normativ hüquqi sənədlər hazırlanıb:
"Bizim əmək bazarına hər il 100 min yeni işçi qüvvəsi gəlir. Yəni biz işsizlərin problemini həll etməklə yanaşı ildə 100 min yeni insanın əmək bazarına gəlməsi üçün şərait yaratmalıyıq. Biz bu istiqmətdə lazımi addımlar atırıq. Azərbaycanda əhalinin böyük hissəsi gənclərdən ibarətdir və onların məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm addımlar atılır".
S.Babayev bildirib ki, Azərbaycanın həyata keçirdiyi iri layihələr bütün regionda məğulluğun təmin olunmasına müsbət təsir göstərir:
"Azərbaycan tərəfindən həyata keçirilən iri layihələr, proqramlar həm ölkəmizin, həm də regionun inkişafına öz töhfəsini verir".(Trend)
MilliYol.Az