Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü küləyin ağacı aşırması nəticəsində xəsarət alanların adları məlum olub
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 qadın - 1987-ci il təvəllüdlü Əlizadə Aygün Cəfər qızı, 1981-ci il təvəllüdlü Muradova Xuraman Kamil qızı və 1985-ci il təvəllüdlü Babayeva Aynurə Asif qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
A.Əlizadə və X.Muradova ambulator müalicədən sonra evə buraxılıb. A.Babayeva isə qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yolun kənarında külək ağacı aşırıb. Nəticədə küçədən keçən 3 qadın xəsarət alıb.
MilliYol.Az