Rəngli inqilabların əsas sponsoru Corc Sorosun oğlu Aleksandr Soros bir neçə gün öncə atasının evində tapılan bombalara görə ABŞ prezidenti Trampı ittiham edib
Avropa.info xatırladır ki, bir neçə gün öncə Corc Sorosun, keçmiş ABŞ prezidentləri Klinton və Obamanın evlərində partlayıcı cihazlar tapılmışdı.
Oğul Soros “Nyu-York Times” qəzetində yazdığı məqalədə hər üç şəxsin evində tapılan bombalara görə, ABŞ prezidenti Trampı günahlandırıb. Partlayıcı cihazların oxşarlığına diqqət çəkən Aleksandr Soros, atasına yəhudi kimliyinə görə hücumlar edildiyini iddia edib.
“Atam liberal siyasi kursuna və yəhudi kimliyinə görə sıxıntı çəkir. Bu çətinliklər Tramp hakimiyyətə gəlmədən öncə də vardı, lakin Trampın hakimiyyətə gəlişindən sonra, daha da artdı. Atam da daxil olmaqla demokratik kimliyi olan şəxslərin evlərindən tapılan bombalar, Trampın hakimiyyətə gəlməsi ilə başladılan şeytani siyasətdən qaynaqlanır. Tramp bugünki demokratiya üçün ən böyük təhdiddir. Bizə düşən siyasəti bu mentalitetdən təmizləməyin yollarını aramaqdır” – Aleksandr Soros belə yazıb.
MilliYol.Az