Prezident Donald Tramp səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər
Bunu “Amerikanın səsi” teleradio şirkətinə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Con Bolton deyib.
“Bu, Konqres tərəfindən təsdiqlənib. Hakimiyyətin icra qolu eyni siyasi xəttə sadiq olmaya bilər və bizim konstitusiyamıza əsasən, xarici siyasəti məhz prezident müəyyən edir. Bir çox hallarda müxtəlif prezidentlər alışlar həyata keçirmək üçün bu düzəlişin qarşısını alıblar və biz daim bunu müzakirə edirik”, - o əlavə edib.
Xatırladaq ki, 1992-ci ildə Konqresdə qəbul edilmiş düzəlişlərə əsasən, ABŞ administrasiyası tərəfindən dövlət səviyyəsində Bakıya yardım göstərilməsi qadağan edilib. Uzun illərdir, Azərbaycan diplomatları bu düzəlişin ləğvinə çalışırlar.(virualaz.org)
MilliYol.Az