31 ölkə 250 təyyarə, 65 gəmi, 50 min hərbçisini hərəkətə gətirdi
Bu gün NATO soyuq müharibədən sonra ən böyük hərbi təlimlərə start verir. Hərbi təlimlərə 250 hərbi təyyarə, 65 gəmi, 50 min hərbçi qatılacaq.
Dünya mətbuatı yazır ki, ABŞ Prezidenti Donald Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa biləcəyini açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı güc nümayişidir.
NATO bununla beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir ərəfədə Rusiyaya güc göstərir.
Norveçdə başlayıb, İsveç və Finlandiya hava sahələrindən istifadə ilə davam edəcək “Trident Juncture-18” hərbi təlimləri NATO-nun son 30 ildə ən böyük hərbi tədbiridir.
Təlimlər noyabrın 7-də yekunlaşacaq.
NATO quru təlimlərinin Rusiya sərhədlərindən 1000, hava əməliyyatlarının isə 500 kilometrliyində olmasını əsas gətirərək Moskva bu təlimlərdən narahat olduğunu gizlətmir.
Xatırladaq ki, bu təlimlərdə NATO-nun 31 üzv dövləti iştirak edir/Teleqraf.com.
MilliYol.Az