İtaliya hökumətinin Transadriatik qaz kəməri (TAP) layihəsinə münasibətdə qeyri-müəyyən mövqeyi yay fasiləsindən sonra tikinti işlərinin başlanmasını ləngidir
Virtualaz.org xəbər verir ki, bunu “İnterfax Natural Gas Daily” agentliyinə TAP AG şirkətinin adının açıqlanmasını istəməyən nümayəndəsi deyib.
Mənbə bildirib ki, TAP AG şirkəti Romadan tikintinin bloklanmayacağına dair hökumət səviyyəsində təsdiq gözləyir. İşlərApuliya yarımadasında turizm mövsümünün pik dövrü ilə əlaqədar yaranan dörd aylıq fasilədən sonra oktyabrın 1-də başlamalı idi, lakin şirkət hökumətdən cavab ala bilmədiyinə görə işlərin başlanması ləngiyir.
“Bizə İtaliyanın iqtisadi inkişaf nazirliyinin qeyri-rəsmi bəyanatının rəsmi təsdiqi lazımdır ki, işləri bərpa edəndən sonra yenidən dayandırılmayacağına əmin olaq”-TAP şirkətinin nümayəndəsi bildirib.
İtaliyanın “Şimal Liqası” və “5 Ulduz” hərəkatı tərəfindən formalaşdırılmış (hər ikisi rusiyameyllidir) koalision hökumətində TAP layihəsinə dair vahid mövqe yoxdur. Bundan əvvəl qaz kəmərinə qarşı çıxan “Şimal Liqası” mövqeyini yumşaldıb, amma “5 Ulduz” hərəkatı tikintinin qadağan olunması üçün əsas axtarmaqda davam edir. Bu hərəkat müxalifətdə olanda TAP kəmərinə qarşı ekoloji amilləri bəhanə edərək tez-tez etiraz aksiyaları, hətta diversiyalar təşkil edirdi.
“Mən hesab etmirəm ki, layihəni davam etdirməyə qeyri-rəsmi icazə olacaq”-“5 Ulduz” hərəkatının energetika proqramlarının koordinatoru Canni Cirotto “İnterkaks”a bildirib.
Belə olan halda TAP şirkəti hakimiyyətin hər hansı qarantiyası olmadan tikinti işlərini başlamağa məcbur olacaq.
TAP kəməri Azərbaycan qazının Avropaya nəqli üçün yaradılan Cənub Qaz Dəhlizinin bir hissəsidir, kəmərin uzunluğu 878 kilometr təşkil edir. Onun 105 kilometri Adriatik dənizinin dibindən, cəmi 8 kilometri isə İtaliyanın quru ərazilərindən keçir. Cənub Qaz Dəhlizi “Şahdəniz-2” yatağının işlənməsi ilə birlikdə 40 milyard dollardan çox investisiya hesabına başa gətirilir.
MilliYol.Az