Səudiyyə şahzadəsi Yaxın Şərqi yeni Avropaya çevirəcəyinə söz verdi
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” investisiya forumunda çıxışı zamanı deyib.
"Mən inanıram ki, yeni Avropa Yaxın Şərqdir. Səudiyyə Ərəbistanı Krallığı 5 ildən sonra tamamilə başqa cür olacaq. Bəhreyn, Küveyt və hətta Qətər də, iqtisadiyyatlarımızın fərqli olmasına baxmayaraq, tamamilə dəyişəcək, İordaniya, Misir, İraq — əgər biz beş il içində müvəffəq ola bilsək, dirçəliş burada, Yaxın Şərqdə baş verəcək", — deyə o bildirib.
Şahzadənin sözlərinə görə, o, Yaxın Şərqi daha "dünyanın qurtaracağı"nda görmək istəmir.
Bundan əvvəl bir çox nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanında keçirilən “Future İnvestment İnitiative” forumunda iştirakdan imtina edib.
MilliYol.Az