Qonşu ölkələrlə həyata keçirilən razılaşmalara əsasən İranın elektrik ixracında heç bir dəyişiklik olmayacaq və bunun sanksiyalarla əlaqəsi yoxdur
Bunu İranın energetika naziri Rza Ərdəkanian ABŞ-ın 4 noyabrda tətbiq edəcəyi sanksiyaların İranın elektrik ixracına təsiri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, İran elektrik enerjisi mübadiləsini inkişaf etdirmək istəyir: "Bu istiqamətdə təxminən on gün öncə Rusiya və Azərbaycanın elektrik və enerji nazirlərinin müavinləri səviyyəsində Moskvada iclas keçirildi və yaxşı nəticələr əldə olundu. Dekabr ayında da Tehranda iclas keçiriləcək".
Ərdəkanian əlavə edib: "İlk növbədə, Azərbaycanla elektrik enerjisinin mübadiləsini artırmaq istəyirik. Lazımi texniki şərait yaranarsa, təxminən 600 meqavat elektrik enerjisi ixrac edəcəyik. Rusiya və Avropanın elektrik şəbəkəsinə qoşulmaq üçün hər hansı texniki problem baş verərsə, alternativ yollarımız vardır".
İranlı nazir qeyd edib ki, qonşu ölkələrə 2 min meqavata yaxın elektrik enerjisi ixrac olunur.(Trend)
MilliYol.Az