Ukraynanın paytaxtı Kiyevdə mitinq keçirilir
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun "Batkivşina" partiyasının təşkil etdiyi mitinqin iştirakçıları qazın qiymətinin qalxmasına etiraz edirlər.
Prezident Administrasiyasının inzibati binasının yaxınlığına toplaşan etirazçıların qarşısını polis əməkdaşları kəsib.
Mitinq sakit şəkildə keçir.
Trend xatırladır ki, Ukrayna Nazirlər Kabineti oktyabrın 19-da qazın qiymətinin əhali üçün noyabrın 1-dən 23,5 faiz artırılması barədə qərar qəbul edib. Yeni qiymət hər min kubmetrə 8,5 min qrivna (305 dollar) təşkil edir.
MilliYol.Az
Digər xəbərlər
loading...