ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın nüvə proqramını və onu bu yöndə apardığı siyasətdən çəkindirməklə bağlı məsələləri müzakirə edib
Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.
"Əliyevlə görüşün gedişatında biz intensiv danışıqlar apardıq, o cümlədən İran məsələsi üzrə. Tehranı fəaliyyətindəki bəzi addımlardan və nüvə proqramı üzrə siyasətindən çəkindirmək istiqamətində müzakirələrimiz oldu", - deyə Bolton Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən açıqladı və Tehrana, həmçinin ikincilərə, yəni İranla biznesi olan başqa ölkələrə qarşı, bütün sanksiyaların bərpasını elan etdi. ABŞ 7 avqustda İrana qarşı sanksiyaların bir hissəsini yenidən tətbiq etdi. Daha təsirli sanksiyalar, hansılar ki, neft ixracını əhatə edəcək, 4 noyabrdan tətbiq olunmalıdır.
MilliYol.Az