Səudiyyə Ərəbistanın “Saudi Aramco” milli neft şirkəti Ər-Riyadda keçirilən “Gələcəyin sərmayə təşəbbüsü” forumu çərçivəsində 34 milyard dollara yaxın məbləğdə 15 qarşılıqlı anlaşma memorandumu imzalayıb
AZƏRTAC xəbər verir ki, 15 şirkət və təşkilatla bağlanan, üç qitədən 8 ölkəni əhatə edən bu müqavilələr “Saudi Aramco”nun dünya miqyasında energetika və kimyəvi maddələr sahəsində lider mövqeyini möhkəmləndirəcək, eləcə də ölkə iqtisadiyyatının bütün sahələrinə müsbət təsir göstərəcək.
Memorandumlar krallığın və “Saudi Aramco” şirkətinin beynəlxalq əməkdaşlıq strategiyasını, iqtisadiyyatın diversifikasiyasına yönəldiyini və yerli investisiya mühitinin genişləndirilməsini əks etdirir.
Sənədlər, həmçinin “Saudi Aramco” şirkətinin biznesin bütün sahələrində gələcək strategiyasını dəstəkləyir. Dünyanın 8 ölkəsinin (Fransa, Çin, ABŞ, Yaponiya, BƏƏ, Böyük Britaniya, Koreya Respublikası, Hindistan) iri beynəlxalq şirkətləri ilə müştərək əməkdaşlıq neft emalı, marketinq, dəniz və mühəndis fəaliyyəti və digər sahələri əhatə edəcək.
MilliYol.Az