Bir çoxlarının xaricdə yaşamaq arzusuna daha biri də əlavə oluna bilər.
MilliYol.Az Technote-yə istinadən xəbər verir ki, bu sizin təsəvvür etdiyiniz kimi dünya ölkəsi deyil, kosmos stansiyasıdır.
Belə ki, artıq rəsmi qurumlar Asgardiaya vətəndaşlıq müraciətlərin qəbulunu təsdiqləyiblər.
Niyə adın Asgardia olaraq seçilməsi də başqa bir maraqlı məqamdır. Belə ki, Asgardia mifologiyaya əsasən Skandinaviya tanrılarının yaşadığı əfsanəvi dünyanın adından götürülüb. Burda yaşamaq istəyənlərin də nəzərinə çatdıraq ki, orda da təyin olunmuş qaydalar olacaq. Bu da insanların rahat yaşamaqlarını dəstəkləmək üçün nəzərdə tutulur.
Qarşıdakı 18 ay içərisində kosmosa göndəriləcək peyk ilə Asgardiaya başlayacaq səfər üçün vətəndaşlıq müraciətləri də artıq başlayıb. Layihə rəhbəri İqor Aşurbeylinin sözlərinə görə Asgardia vətəndaşı olmaq istəyən şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməyə məcbur deyillər. Çünki Asgardia texniki olaraq dünyada qalmağa davam edəcək.
Layihə rəhbəri müraciət sayı 100 min olarsa, onda BMT-yə dövlət statusu almaq üçün müraciət edə biləcəklərini deyib. Asgardia vətəndaşlığına Vyanada yerləşən Beynəlxalq Hava və Kosmos Tədqiqat Mərkəzini quran bir rus iş adamının da bu işə dəstək verdiyi bildirilir.
İqorun sözlərinə görə dünyadan ayrı olmayan Asgardia üçün digər ölkələrin də iş birliyinə ehtiyacı olduqlarını bildirib. Bu ölkəni qurmaqda məqsəd dünyanın qorunması və kosmos texnologiyası ilə maraqlananları bu texnologiyalarla bir araya gətirməkdir.
Asgardiada vətəndaş olmaq istəyənlər burdan - http://asgardia.space/citizenship?utm_ - müraciət edə bilərlər.
Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.
2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...