Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya Pravda”nın suallarını cavablandırıb. MilliYol.Az müsahibəni ixtisarla təqdim edir.
- Suriyada situasiya getdikcə daha təhlükəli olur. Konfliktə getdikcə daha çox oyunçular və iştirakçılar qoşulur. Məsələn, hazırda Suriyada kimlər vuruşur? İran, Livan (Hizbulla-K.P) Rusiya, Türkiyə, ABŞ-ın başçılığı ilə koalisiya. Çin də öz marağını nümayiş etdirir. Sizi narahat etmirmi ki, bu proses Üçüncü dünya müharibəsinə qədər böyüyə bilər? Yaxud bəlkə bu elə Üçüncü dünya müharibəsinin başlanğıcıdır?
- Əvvəla, problemdən danışarkən, onun mənbəyi haqqında danışmaq lazımdır: bu, terrorizmdir.Əhəmiyyətli deyil ki, indi kim Suriyanın işlərinə qarışır, əsas odur ki, kim terroristləri müəyyən etsək, sizin təsvir etdiyiniz mənzərə əhəmiyyətini itirər. Biz bu problemi həll edə bilərik. Çünki sual orada deyil ki, kimlər Suriyanın işinə qarışır, sual oradadır ki, hansı ölkələr terroristləri dəstəkləyir. Rusiya, İran və Hizbulla bizim daimi müttəfiqlərimizdir və onlar burada qanuni əsaslarla hərəkət edirlər. Onlar terroristlərə qarşı döyüşürlər, lakin başqa ölkələr də var, hansı ki, məhz terroristləri dəstəkləmək məqsədi ilə ölkəmizin işinə qarışırlar. Məsələ oyunçuların sayında deyil, məsələ terrorizmdədir.
Üçüncü dünya müharibəsi məsələsinə gəlincə, bu termin tez-tez işlədilir- xüsusən də son gərginliklərdən sonra. Bu gün biz inkişaf etməkdə olan Soyuq müharibəyə bənzər situasiyanı izləyirik. Bu nə isə, yeni yaranmış bir şeydir, çünki Qərb, xüsusilə də ABŞ Soyuq müharibəni SSRİ-nin süqutundan sonra belə dayandırmayıb.
Burada çoxlu siyasi səhnələr var, Suriya onlardan bir qədər vacib olanıdır. Biz konfliktin qızışmasını görürük, başlıca məqsəd isə-Amerikanın dünya üzərində hegemonluğunu saxlamaq, siyasi və ya beynəlxalq arenada heç kimə rəqib kimi imkan verməmək – nəinki Rusiyaya, heç özünün Qərbdəki müttəqifqlərinə belə. Ona görə də havada hiss olunan müharibə qoxusu-birbaşa hərbi toqquşma deyil. Baxmayaraq ki, o, hərbi, terrorist və siyasi tərkibə malikdir. Siz öz təəssüratınızda yanılmamısınız, amma Suriya bu müharibənin yalnız bir hissəsidir.
- Siz dediniz ki, Suriya bu müharibənin mühüm səhnəsidir. Niyə məhz Suriya?
- Burada çoxlu aspektlər var. Əgər biz reqional münaqişdədən danışırıqsa, Suriyanın İranla yaxşı münasibətləri var, Səudiyyə Ərəbistanı isə İranı İranı müxtəlif səbəblərdən bütünlüklə dağıtmaq istəyir. Onlar istəyirlər ki, Suriya İrana arxa çevirsin. Rusiya ilə Suriya arasındakı uzunmüddətli münasibətləri izləyən Qərb buna hesablanıb ki, Suriyanın dağılması Rusiayaya da neqativ təsir edəcək.
- Bəzi Qərb mediası iddia edir ki, Suruyadakı müharibə Rusiya və ABŞ arasında birbaşa müharibəyə çevrilib. Siz bununla razısınızmı?
- Bəli, sadə bir səbəbə görə. Mən terrorla mübarizə deyəndə bunu nəzərədə tuturdum Rusiya təkcə özünə və ya Suriyaya görə terrora qarşı vuruşmur. Rusiya bütün regiona və bütün dünyaya görə vuruşur. Ruslar anlayır ki, terrorizm sürətlə inkişaf edir və bu elə bir kartdır ki, hər an masa üzərinə atıla bilər.
- Regionda yeni oyunçu ortaya çıxıb. Türkiyənin bu müharibədə rolu haqqında nə deyə bilərsiniz?
- Bu, müdaxilə deyil, işğaldır. Bu müdaxilə işğaldır, fərqi yoxdur, kiçik və ya böyük ərazini götürüblər. Bu işğal bütün beynəlxalq qanunlara, mənəvi normalara və Suriyanın ərazi bütövlüyünə ziddir. Türklər öz əasil məqsədləri maskalayırlar və özlərini duruya çıxartmaq istəyirlər, çünki onlar İŞİD-i və Əl-Nusranı dəstəkləyirdilər.
- Düşünürsünüz ki, indi dəstəkləmirlər?
- Yox, onlar hələ də İŞİD-i dəstəkləyirlər, amma onlar bu sözlə gəldilər: “Biz İŞİD-ə qarşı vuruşuruq”.
- Rusiya Türkiyə əməkdaşlıq edə biləcəkmi?
- Rusiya-Türkiyə münasibətlərinə mən pozitiv baxıram. Baxmayaraq ki, onların fərqli baxışları var. Bu yaxınlaşma yeganə ümidimizdir ki, Rusiya Tükiyənin siyasətini dəyişə biləcək.
- Kürd məsələsi ilə bağlı... Mən Qamışlıda olmuşam, onlar ideal dövlət obrazı kimi federasiya istəyirlər. Kürdlərdən heç kimi mənə seperatçılıqdan və ya müstəqil dövlətdən danışmadı. Niyə Suriya federasiya olmasın?
- Gəlin bu sualın müxtəlif tərəflərini izah edək. Kürdlərin çoxu deyil, bir qismi muxtariyyət istəyirlər.
- Mən Dəməşqdə yaşayan kürdləri nəzərdə tutmuram.
- Amma mən həm də şimalda yaşayanları nəzərdə tuturam. Onlardan yalnız bir hissəsi muxtariyyətdən danışırlar. Əgər biz federasiyadan danışırıqsa, bu konstitusiyada əksini tapmalıdır. Və əgər onlar federasiya istəyirlərsə, bunu mənimlə deyil, Suriya xalqı ilə müzakirə etməlidirlər.
- Demək istəyirsiniz ki, referendum olmalıdır?
- Suriyanın siyasəti təkcə mənə məxsus deyil. Ümumxalq referendumu lazımdır. İkincisi də, şimalda müxtariyyətdən danışan adamlar unudurlar ki, oranın əhalisinin çoxu ərəbdir. Belə olan halda nə əsasla burada kürd federalizmindən danışmalıyıq?
- Mən müxalifət təmsilçiləri ilə 2012-ci ildə İstambulda görüşmüşəm. Onlar deyirdilər ki, onlara insan haqları lazımdır. Onlar saqqalsız, dünyəvi insanlar idilər, Ramazanda pivə içirdilər. Bir neçə il sonra onlar radikal oldular. İŞİD-in rəhbəri kimdir axı?! Onlar Səddam Hüseyn ordusunun keçmiş polkovnik və mayorlarıdır. Onlar necə fanata çevrildilər?
- Bu müəyyən qədər İraqın işğalı ilə bağlıdır. Amerikanlar İraqı, o cümldədən onun türmələrini tutanda. İŞİD-in rəhbəri və onun dəstəsi də türmədə idi. İŞİD Amerikanın nəzarəti ilə İraqda yaradıldı.
- Bəlkə İŞİD yox, o dövrdə Əl-Qaidə?
- Bəli. Amma o “İraq İslam Dövləti” adlanırdı.
- 2006-cı ildə?
- Əlbəttə. Amerikanların oranı tərk etməsindən əvvəl. Terroristlər Suriyaya gələndə onları “Azad Suriya Ordusu” adlandırdılar. Guya ki, bunlar dünyəvi qüvvələr idilər. Amma biz internetə baxsaq, elə ilk həftələrdən adamların başının kəsildiyini görərik. Deməli, bu əvvəl başdan radikal hərəkat idi, amma onlar özlərini azad ordu adlandırırdılar. Amma nə vaxtkı təşkilat böyüdü və cinayətlərini gizlətmək mümkün olmadı, Qərb Əl-Nusranın mövcudluğunu etiraf etməli oldu. Əslində isə bu elə “Azad Suriya Ordusu”dur. Bu həm də elə İŞİD-dir.
MilliYol.Az
Digər xəbərlər
loading...